Ali məktəblərə əsas yerləşdirmənin nəticələri GÜNDƏM

Ali məktəblərə əsas yerləşdirmənin nəticələri GÜNDƏM

Hazırda ali məktəblərin boş qalan plan yerlərinə əlavə qəbul aparılır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasnının mətbuat katibi Elnur Nağızadə deyir ki, bu mərhəldə yalnız müvafiq ixtisas qruplarında müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə bilərlər. Onun sözlərinə görə, müsabiqə şərtlərin hansısa dəyişiklik yoxdur: "Abituriyentlər I mərhələdə olan eyni müsabiqə şərti ilə müsabiqəyə buraxılırlar. Avqustun 19-dan başlayan bu proses avqustun 23-ü gecə saat 12-dək davam edəcək. Ali məktəblərin müsabiqəsində iştirak etmək hüququ olanlar öz ərizələrində orta ixtisas təhsili müəssisələrinin kodlarını da göstərə bilərlər. II ixtisas qrupunda boş yerlər qalmayıb və təqdim olunan 9 304 plan yeri 100% dolub. I, III və IV qruplarda boş qalan 1920 yer var və həmin yerlərin siyahısı "Abituriyent" jurnalının 7-ci sayında dərc olunub".

E.Nağızadə əlavə edib ki, artıq ali məktəblərə əsas yerləşdirmənin nəticələri məlumdur. Onun sözlərinə görə, bu nəticələrə əsasən ali məktəblərə qəbul olan abituriyentlər avqustun 31-dək daxil olduqları ali məktəblərdə müvafiq sənədləri təqdim etməklə qeydiyyatdan keçməlidir.

"Təqdim edəcəkjləri sənədlərin siyahısını onlar ali məktəblərin özü ilə dəqiqləşdirməlidirlər. Çünki müxtəlif ali məktəblərdə bəzən təqdim olunması tələb olunan sənədlər arasında uyğunsuzluq olur. Abituriyentlər göstərilən vaxta kimi mütləq ali məktəbdə qeydiyyatdan keçməlidirlər. Əks halda onların daxil olmaları barədə müvafiq əmrləri ali məktəblərə göndərilməyəcək", - deyə E.Nağızadə qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə