Nazirlər Kabinetinin nəzdində 2 yeni dövlət qurumu yaranır ÖZƏL

"Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqram"ında Nazirlər Kabineti nəzdində Terminologiya Komissiyası və Tərcümə komitəsi yaradılacaq. Bunu SİA-ya açıqlamaısnda AMEA-nın Dilçilik İnstitutunun direktoru Fəxrəddin Veysəlli deyib. O bildirib ki, bu qurumların yaradılmasında məqsəd dilçiliklə bağlı olan işlərin daha mükəmməl şəkildə həyata keçirilməsindən ibarətdir. Onun szölərinə görə, Tərcümə komitəsinin yaradılması ilə Azərbyacan dilinə olan təcümələr və yaxud əksinə olan proseslər vahid elmi prinsip əsasında həyata keçirilə bilər.

"Dövlət proqramının təkliflərində Dilçilik İnstitutunda Monitorinq qrupunun yaradılması da nəzərdə tutulur. Həmin bu monitorinq qrupunda dillə bağlı bütün məsələlər qoyularaq müzakirə olunacaq. Mütəxəssislər, tele-aparıcılar 6 aydan bir bu monitorinq qrupunda test imtahanı verəcək. Onlar sertifikat qazandığı halda aparıcılığa davam edəcəklər, əks təqdirdə efirə çıxa bilməyəcəklər", - deyə F.Veysəlli əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...