2012-2013-cü tədris ili üçün ali məktəblərin vakant və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə keçiriləcək müsabiqədə iştirak üçün ərizə qəbulu davam edir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından SİA-ya verilən xəbərə görə, bu gün saat 11:00-dək 7614 abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib. Ərizəsini təsdiqlədənlərin 7011-i Azərbaycan, 603-ü rus bölməsinin abituriyentidir. Abituriyentlərin 1833-ü I, 1480-i II, 3380-i III, 921-i isə IV ixtisas qrupu üzrə keçiriləcək müsabiqədə iştirak üçün ixtisas seçimi ərizəsini təsdiqləyib.
Qeyd edək ki, ali məktəblərin cari ildə ayrılmış 33918 plan yerinə 31994 abituriyent qəbul olub. Qəbul planı 94% dolub. Bu il ali məktəblərdə 1924 plan yeri vakant qalıb. Bu il II ixtisas qrupunda qəbul planı 100 faiz yerinə yetirilib. I ixtisas qrupunda 799, III qrupda 510, IV qrupda 615 plan yeri boş qalıb. Ali məktəblərin vakant və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə ixtisas seçiminə avqustun 19-dan başlanılıb və avqustun 23-dək davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB