Bu gün Bakıda Xaricdə təhsil alan və məzun olmuş gənclərin beynəlxalq forumu–ASAIF-in X ənənəvi yay forumu keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə 40 ölkədən 500 azərbaycanlı gənc iştirak edib. Forumda gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Qulu Novruzov, xarici işlər nazirinin müavini Hafiz Paşayev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, deputatlar Asim Mollazadə, Ceyhun Osmanlı və başqaları iştirak edib.
İlk öncə ASAİF-in son iki illik fəaliyyətini əks etdirən film nümayiş etdirilib. Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev çıxış edərək ASAİF-in üzvləri olan gənclərə uğurlar arzulayıb. O, Azərbaycanda xarici təhsil siyasəti istiqmaətində görülən işlər barədə məlumat verib.
Təhsil nazirinin müavini Qulu Novruzov gənclərin xaricdə təhsili ilə bağlı görülən işlər və əldə olunan nailiyyətlər barədə danışıb. O qeyd edib ki, artıq dünyanın müxtəlif ölkələrinin universitetlərində azərbaycanlı tələbələr təhsil alır.
ASAİF sədri Orxan Əkbərov təşkilatın 2010-2012-ci ildə gördüyü işlərlə bağlı hesabatla çıxış edib. O, fəaliyyətlərində əsas diqqətin Dağlıq Qarabağ probleminə yönəldiyini bildirib.
Forum zamanı təşkilatın strukturu təsdiqlənib, təşkilatın yeni sədrliyi üçün seçkilər keçirilib və ölkələr üzrə nümayəndələr təyin edilib. Təşkilatın 2 müddətinə sədri vəzifəsinə isə Ramin Həkimov seçilib.
Panel müzakirələrinin yekun nəticələrinə uyğun isə səslənən təkliflər ASAIF-in illik planına daxil ediləcək. Forumun ikinci günü, yəni avqustun 20-də iştirakçıların Azərbaycanın dilbər guşələrindən biri olan İsmayıllı rayonuna səfəri nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB