Hafiz Paşayev: "Azərbaycan yüksək təhsili ilə özünü tanıdır"

Hafiz Paşayev: "Azərbaycan yüksək təhsili ilə özünü tanıdır"

Bu gün xaricdə təhsil alan və məzun olmuş gənclərin beynəlxalq forumu– ASAIF-in X ənənəvi yay forumu keçirilir. SİA-nın xəbərinə görə, tədbirdə təbirdə çıxış edən xarici işlər nazirinin müavini, Azərbaycan Diplomtiya Akademiyasının (ADA) rektoru Hafiz Paşayevin bildirib ki, gənclərlə görüşlər mənə iftixar gətirir: "Bu qədər gəncin bir araya toplanması adamı həyəcanlandırır. Xaricdə təhsil alan gənclərlə söhbətlərin olması, Azərbaycan haqqında sizin əməlləriniz, Azərbaycanın tanıdılmasına böyük dəstək olur. Bu yolda sizə uğurlar arzulayıram. Xaricdə oxumağın böyük əhəmiyyəti var. Mən özümdə xaricdə təhsil almışam. İndi əlaqələr daha da genişlənib, heç bir sərhəd yoxdur və hər bir ölkə sizin üçün açıqdır. Sizin əsas vəzifəniz odur ki, dünyanın qabaqcıl ali məktəblərində təhsil alaraq özünəməxsus yer tapasınız və sonrakı fəaliyytinizdə Azərbaycanın elmini, təhsilini yüksəklərə qaldırasınız. ADA-da da ilk növbədə diplomların qarşılıqı tanınmasına və ixtisaslı kadrların yetişdirilməsinə xidmət edir".

Hafiz Paşayevi həmçnin qeyd edib ki, bu təcrübə onu göstərir ki, bu gün Azərbaycan dünya ölkələrini təkcə enerji resursları ilə özünə cəlb etmir, eyni zamanda yükək təhsili ilə özünü tanıtdığını göstərir. Tələbələrin xaricdə təhsil alamq üçün göndərilməsi təqdirə layiqdir və gələcəkdə davam etdirilməlidir.

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə