Yay düşərgələrində 2500-dən artıq gənc iştirak edib

Yay düşərgələrində 2500-dən artıq gənc iştirak edib

Bu il Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən yay düşərgələrində 2500-dən artıq yeniyetmə və gənc iştirak edib. SİA-nın xəbərinə görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

İ.Babayev bildirib ki, bu düşərgələrin keçirilməsində əsas məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili, gənclər arasında qarşılıqlı əlaqələrin yaranmasından ibarətdir. Bu yay düşərgələri sentyabr ayınadək davam edəcək: "Bu ildən yay düşərgələri ilə bağlı müəyyən yeniliklərdə edilib. Bunlardan ən əsası arxeoloji düşərgələrin təşkil edilməsidir. Azərbaycanda qazıntılar aparılan tarixi yerlərə, düşərgələrə gənclər göndərilir. Burada məqsəd isə ondan ibarətdir ki, gənclər arxeoloji qazıntılara kömək etsinlər, onlar tərəfindən mədəni irsə olan münasibət daha da yüksəlsin", deyə nazir müavini qeyd edib.

"Artıq gənclər ənənə şəkilində hər ildə bir dəfə ortaq məxrəcə gələrək olanlara qiymət verir və onlar arasında yeni əlaqələr formalaşır. Eyni zamanda, növbəti fəaliyyət mərhələləri üçün istiqamətlər müəyyən olunur. Hər bir forum nəticəsini müəyyən etdikdə görürük ki, bunun necə əhəmiyyəti var. Bundan əlavə, xaricdə təhsil alan gənclər daha da şəbəkələşir", deyə İntiqam Babayev sözlərinə əlavə edib.

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə