Azərbaycan artıq elekton təhsilə keçir

Məktəblərdə ağır dərs yükünün azaldılaması üçün artıq elektron tədrisi prosesinə keçilib. Bu keçidə artıq başlanılıb. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında təhsil nazirini müavini Qulu Novruzov deyib.

Nazir müavini bildirib ki, bu gün valideynlərin bir çoxu dərs yükünün çox olması ilə əlaqədar çantaların ağırlığından şikayətlənirlər: "Biz də bu mövzu ilə bağlı bir çox şikayətlər almışıq. Amma bir şeyə nəzər salmaq lazımdır ki, bizim təhsil aldığımız dövrlə indiki dövrü müqayisə etmək düzgün deyil. Çünki bu gün digər xarici ölkələrdə dərslər kompyuter, planşetlər vasitəsilə keçirilir. Ancaq Azərbaycanda isə bu prosesə yeni başlanılır. Bizim dövrümüzdə uşaqlar bilik və bacarıq əldə etmək üçün çalışırdılar, amma bu günkü uşaqlar daha çox informasiyaya malikdilər və kompyuterlərdən və digər İKT vasitələrindən məlumat almağa çalışırlar. Buna görə də, şagirdlərin daha çox bilik və bacarıq əldə etməsi üçün dərs prosesinə dəyişiklik etmək məcburiyyətində qalmışıq. Çox çətin və ağır olsa da buna alışmalıyıq".

Çantanın ağır olması məsələsinə gəldikdə isə Qulu Novruzov bildirib ki, bu məsələ yaxın illərdə öz həllini tapacaq. Çünki Azərbaycan təhsili artıq elekton təhsilə keçir və bunun tətbiqi ilə mövcud problemlər öz həllni tapacaq.

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə