Təhsil nazirinin müavini Qulu Novruzov Azərbaycanda bəzi xarici ölkə universitetlərinin qəbulsuz tələbələri cəlb etmə məsələsinə, eyni zamanda şəhərin bəzi yerlərində Ukrayna, Türkiyə və digər ölkələrin ali məktəblərinə sənəd qəbulunun yalnız atestatla aparılmasına münasibət bildirib. SİA-nın xəbərinə görə, Qulu Novruzov jurnalistlərə açıqlamasında bildirib ki, bütün dünya ölkələrində tələbələrin cəlb edilməsi uğrunda ciddi rəqabət aparılır: "Hətta təhsil sahəsində güclü olan ölkələr də bu ciddi rəqabətə qoşulub. Amma bu məsələdə ən vacibi odur ki, xaricdə təhsil almağa gedən tələbələrə qarşı ciddi tələblər qoyulsun. Yəni onlara keyfiyyətli təhsil verilsin və diplomları tanınsın. Hərhalda bilik səviyyəsi aşağı olan, kriteriyaları olmayan və tələbə qəbulundan kənar qəbul aparan ali məktəblərə tələbələrin qəbul edilməsi arzuolunan deyil. Biz də Azərbaycan gənclərini bu addımdan kənar qalmağa çağırırıq".
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB