Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini avqustun 17-də saat 18:30-da Komissiyanın internet saytında yerləşdirib. SİA-nın xəbərinə görə, abituriyentlər yerləşdirmənin nəticələri barədə məlumatı mobil telefonla da öyrənə bilərlər. Bunun üçün abituriyentlərin iş nömrələrini (bütün mobil operatorlardan) 7727 nömrəsinə göndərmələri kifayətdir. Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı avqustun 18-də "Abituriyent" jurnalının 6-cı sayında dərc olunacaq. Həmin jurnalın elektron versiyasını internet vasitəsilə ödəniş etməklə əldə etmək mümkün olacaq.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tələbə adı qazanmış bütün gəncləri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayır.
Tələbə adı qazanmış şəxslər 2012-ci il avqustun 23-dən 31-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək. Əyani və qiyabi təhsil forması olan ixtisaslara qəbul olmuş abituriyentlər təhsilalma formasını qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçərkən seçəcək. Cari ildə ayrılmış 33918 plan yerinə 31994 abituriyent qəbul olmuşdur. Qəbul planı 94 % dolub.
İxtisas qrupları və bölmələr üzrə qəbul planı və qəbul olmuş abituriyentlərin sayı aşağıdakı cədvəldə təqdim olunur:
|
İXTISAS QRUPU |
Qəbul planı |
Qəbul olunmuş abituriyentlərin sayı |
|||||
|
Azərbaycan bölməsi |
Rus bölməsi |
Birgə müsabiqə aparılan ixtisaslar |
Cəmi |
Azərbaycan bölməsi |
Rus bölməsi |
Cəmi |
|
|
I |
5211 |
52 |
5981 |
11244 |
9128 |
1317 |
10445 |
|
II |
3039 |
37 |
6228 |
9304 |
8124 |
1180 |
9304 |
|
III |
4756 |
256 |
4102 |
9114 |
7620 |
984 |
8604 |
|
IV |
1272 |
- |
2984 |
4256 |
3286 |
355 |
3641 |
|
Cəmi |
14278 |
345 |
19295 |
33918 |
28158 |
3836 |
31994 |
Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinin siyahısı "Abituriyent" jurnalının 8-ci sayında dərc olunacaq.
Həmin yerlərə ixtisas seçimi avqustun 19-dan 23-dək internet vasitəsilə aparılır. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər. Həmin jurnalın elektron versiyasını internet vasitəsilə ödəniş etməklə əldə etmək mümkün olacaq. TQDK müqəddəs Ramazan bayramı mübasibətilə Azərbaycan xalqını təbrik, bütün ailələrə xoşbəxtlik və firavanlıq arzu edir.
Qeyd edək ki, Ramazan bayramı münasibətilə elan olunmuş qeyri-iş günləri ilə əlaqədar TQDK- avqustun 22-dən işləyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB