Respublikanın ali məktəblərinə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından SİA-ya verilən xəbərə görə, 2012/2013-ci tədris ili üçün ixtisas seçimi Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi avqustun 7-dən avqustun 16-dək internet vasitəsilə aparılıb. İxtisas seçimi ötən gün axşam saat 23:59-da başa çatıb. İxtisas seçimi etmək hüququ qazanan 38 minə yaxın abituriyentin isə yalnız 35 893-ü ixtisas seçimi ərizəsini təsdiq edib. Bununla da Azərbaycanda ixtisas seçimini etməyən 2000-dən çox abituriyent ali məktəbə daxil olmaq şansını itirdi.
Həmin vaxta qədər ixtisas seçiminə buraxılmış bütün abituriyentlər ixtisas seçimi etməli və mütləq "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni təsdiqləməli idilər. Ərizələrini təsdiqləməyən abituriyentlər müsabiqədə iştirak etmək hüququnu itiriblər. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil ediblər.
Abituriyentlərin ixtisas seçiminin nəticələrinin bugün və ya sabah açıqlanması nəzərdə tutulur. Avqustun 20-dən etibarən isə ali məktəblərə qəbul olan tələbələrin qeydiyyatı aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB