Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional ofisinin 2 fəal üzvü – Kamal Əhmədov və Cavanşir Əhmədli hal-hazırda ABŞ-da səfərdədirlər. SİA-nın xəbərinə görə, səfər ABŞ-da "Birləşmiş Ştatlar İnstitutunda təhsil al 2012" (SUSI 2012) proqramı çərçivəsində baş tutub və 6 həftə davam edəcək.
Gənclərimizin qatıldığı proqramın əsas məqsədi Azərbaycanlı tələbələri ABŞ-ın tarixi, ictimai-iqtisadi həyatı ilə, o cümlədən vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyəti ilə yaxından tanış etməkdir. Səfər çərçivəsində mərkəz nümayəndələrinin paytaxt Vaşinqtonda və bir neçə ştatda əhəmiyyətli görüşlərdə iştirak edəcəkləri planlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB