Yazılı imtahanlar bərpa oluna bilər - ÖZƏL

Yazılı imtahanlar bərpa oluna bilər - ÖZƏL

Bu gün ölkənin qeyri-humanitar sahələrində çalışan mütəxəssislər Azərbaycan dilində kifayət qədər danışa və informasiyanı çatdıra bilmirlər. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru Fəxrəddin Veysəlli SİA-ya açıqlamasında deyib ki, həmin insanlar istənilmədiyi halda belə başqa dillərdə danışırlar. Onun sözlərinə görə, bütün bunları nəzərə alaraq qeyri-humanitar sahələrdə Azərbaycan dili, nitq mədəniyyətinin tədrisi kimi ayrıca fənnin tədris proqramına salınması nəzərdə tutulur.

"Yaxın gələcəkdə məktəblərdə Azərbaycan dili fənninin tədrisinə daha da ciddi fikir veriləcək. Ola bilsin ki, Azərbaycan dilindən yazılı imtahanlar bərpa olunsun. Çünki indi mikrofon qarşısında danışmaq rahatdır, amma yazmağı çoxları bacarmır. Hərhalda bizim həm yazıda, həm də danışıqda vahid normamız olmalıdır. Yeniliyə əsasən, Azərbaycan dilində məktəbləri bitirən abituriyentlər qəbula getmədən öncə imtahan verəcək ki, biliklərini yazıda sınaqdan keçirə bilsinlər", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə