Avqustun 18-də Xaricdə təhsil alan və məzun olmuş gənclərin beynəlxalq forumu– ASAIF-in X ənənəvi yay forumu baş tutacaq. SİA-nın xəbərinə görə, tədbirdə 40 ölkədən 500 azərbaycanlı gəncin iştirakı nəzərdə tutulub. Forumun birinci günü gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Misir Mərdanov, xarici işlər naziri Elmar Məmmədyarov, Prezident Adminstrasiyası şöbə müdiri Elnur Aslanov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun çıxışları planlaşdırılır.
Daha sonra işçi qruplar üzrə müakirələr aparılacaq və səsləndiriləcək olan təkliflər təşkilatın illik fəaliyyət planına daxil ediləcək. Forum zamanı təşkilatın strukturu təsdiqlənəcək, təşkilatın yeni sədrliyi üçün seçkilər keçiriləcək və ölkələr üzrə nümayəndələr təyin ediləcək. Forumun rəsmi hissəsi bitdikdən sonra isə iki böyük panel üzrə qrup müzakirələri baş tutacaq və təkliflər irəli sürüləcəkdir. Panel müzakirələrinin yekun nəticələrinə uyğun isə səslənən təkliflər ASAIF-in illik planına daxil ediləcək. Forumun sonunda saat 20:00-da JW Marriot Hotel Absheronda tədbir iştirakçıları üçün qapalı ziyafət təşkil olunacaq.
Forumun ikinci günü, yəni avqustun 20-də iştirakçıların Azərbaycanın dilbər guşələrindən biri olan İsmayıllı rayonuna səfəri nəzərdə tutulur. Forumun rəsmi tərəfdaşı Azərbaycan Gənclər və İdman Nazirliyidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB