Abituriyentlərin ixtisas seçimi başa çatır

Bu gün respublikanın ali məktəblərinə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi başa çatır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi xəbərə görə, 2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi avqustun 7-dən avqustun 16-dək internet vasitəsilə ixtisas seçimi aparılır.

İxtisas seçimi bu gün axşam saat 23:59-da başa çatacaq. Həmin vaxta qədər ixtisas seçiminə buraxılmış bütün abituriyentlər ixtisas seçimi etməli və mütləq "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni təsdiqləməlidirlər. Ərizələrini təsdiqləməyən abituriyentlər müsabiqədə iştirak etmək hüququnu itirirlər. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edirlər.

Bu gün 09:30-dək həmin abituriyentlərdən 35 576 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib. Bunlardan 30 950-si Azərbaycan, 4 626-sı isə rus bölməsinin abituriyentləridir. Sənədini təsdiq etdirən 35 576 abituriyentdən 10 787-si I, 11 445-i II, 9 629-u III, 3 715-i isə IV qrup üzrə sənəd verənlərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə