Nazirliyinin 194 adda nəşri

Növbəti tədris ilinə 194 adda dərslik və müəllim üçün metodiki vəsait nəşr olunub. Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlının SİA-ya verdiyi xəbərə görə, bunlardan 114-ü əvvəlki illərdə nəşr olunan və amortizasiyaya uğramış kitabların təkrarıdır. Bu dərsliklərdən II və III sinif, VI və XI sinif dərsliklərin yerlərə çatdırılması iyun-iyul aylarını əhatə edib.

Onun sözlərinə görə, 80 adda dərsliklər isə I və V siniflər üçün nəşr olunub. Bu dərsliklərin çapı üçün əvvəlcədən tenderlər təşkil olunub, kurikulum əsasında hazırlanıb. Bu dərsliklər az tirajlıdır. Qiymətləndirmədən keçən dərsliklərin müqaviləsi bağlanılıb. Dərs ilinin başlamasına az qalmasına baxmayaraq dərsliklər vaxtında yerlərə çatdırılacaq: "Biz kitablarda yalnız redaktə və karrektə işləri aparırıq. Başqa yenilik etmək imkanımız yoxdu. Sinifdə olan şagirdlərin 30%-i yeni kitabdan, 70%-i isə köhnə kitabdan istifadə edəcək. Lakin I və V sinif dərslikləri tamamilə yeni dərsliklərdir. Dərsliklər 4 ildən bir yenidən çap olunur. Bu il də çap olunan I və V sinif dərsliklərində dəyişiklik ediləcək. Çünki bu ildən həmin siniflər üzrə iş dəftləri ləğv ediləcək. Lakin iş dəftərində olan bəzi materiallar dərlsiklərə əlavə ediləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə