Magistrlərin qeydiyyatı başlanır

Magistrlərin qeydiyyatı başlanır

Bu gündən etibarən ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından SİA-ya verilən xəbərə görə, həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

Qeyd edək ki, qəbul olan bakalavrların siyahısı "Magistr" jurnalının 7-ci sayında dərc olunacaq. Magistraturanın boş qalan plan yerlərinə qəbul olmaq üçün 667 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 346 nəfər magistratura səviyyəsi üzrə təhsil almaq hüququ qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə