Bu gündən Azərbaycanda rezidenturaya sənəd qəbulu başlayır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından SİA-ya verilən xəbərə görə, sənəd qəbulu avqustun 24-dək davam edəcək. Rezidenturaya qəbul olunmaq hüququna baza ali tibb təhsili olan şəxslər (namizədlər) malikdirlər. Qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılacaq. Namizəd şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və PİN kodundan) və "TQDK-nın virtual ödəmə kartı"ndan (iş nömrəsindən və şifrindən) istifadə etməklə TQDK-nın müvafiq internet səhifəsinə (tqdk.gov.az/erizerezidentura) daxil olmalı və oradakı "Namizədin elektron ərizəsi" formasını doldurulmalıdır.Namizəd virtual ödəmə kartını internet ödəmə və ya 7725 SMS xidmətindən istifadə etməklə əldə edə bilər.
Bundan sonra namizəd tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyasına (SQK) təqdim edib "Namizədin elektron ərizəsi" formasını təsdiq etdirilməlidir. Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçiriləcək. İmtahanın birinci mərhələsi2012-ci il sentyabrın 8-də, ikinci mərhələsi 2012-ci il sentyabrın 9-dakeçiriləcəkdir. İmtahanda iştirak etmək üçün namizəd 2012-ci il sentyabrın 5-dən 7-dək olan müddətdə öz elektron ərizəsinə daxil olaraq, imtahanın hər bir mərhələsi üçün ayrılıqda "Namizədin imtahana buraxılış vərəqəsi"ni çap edib götürülməlidir.
Birinci mərhələdə namizədin baza ali tibb təhsili istiqamətinə müvafiq olaraqqəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq. Namizədlərə baza və ixtisas fənlərinin hər birindən ayrılıqda 100 test tapşırığı təqdim olunacaq. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun balına) təsir göstərmir.
İmtahan suallarının cavablandırılmasına hər bir mərhələ üzrə 2 saat 30 dəqiqə vaxt ayrılır. İxtisas seçiminə imtahanda topladığı balı baza fənləri üzrə 40-dan, ixtisas fənləri üzrə isə 50-dən az olmayan namizədlər buraxılırlar. Müsabiqədə iştirak etməyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə uyğun olaraq istədiyi ixtisasları seçir və onların kodlarını öz elektron ərizəsinə istədiyi ardıcıllıqla daxil edib təsdiq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB