Qəbula 288 yer ayrılıb

Nazirlər Kabineti Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sistemindəki elmi təşkilat və müəssisələrdə doktoranturaya qəbul planını təsdiqləyib. SİA-nın xəbərinə görə, AMEA-nın Doktorantura və kadrlar şöbəsinin müdiri Sara Əfəndiyeva deyib ki, ümumilikdə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün 288 yer ayrılıb. Onun sözlərinə görə, yerlərin 158-i əyani, 130-u qiyabi təhsil forması üzrədir. Elmlər doktoru proqramı üzrə isə 110 yer ayrılıb.

AMEA sistemindəki elmi təşkilat və müəssisələrdə doktoranturaya sənəd qəbuluna sentyabrın 1-dən başlanacaq və bir ay davam edəcək. İmtahanların isə oktyabrda keçirilməsi planlaşdırılır. Doktoranturaya sənəd qəbulu və imtahanlar ötənilki qayda ilə təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə