Bu gündən etibarən Təhsil Nazirliyi orta məktəb və peşə liseylərində boş qalan və imtina olunan müəllim yerlərinin seçiminə başlayır. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, müsabiqədə iştirak edərək heç bir yerə qəbul olunmayan və ya qəbul olunduğu yerdən imtina edən iştirakçılar avqustun 18-dək "Şəxsi səhifə"lərinə daxil olmaqla ən çoxu 4 yer seçə bilərlər. Həmin müddət ərzində iştirakçılara seçimlərini dəyişmək imkanı da verilir.
Seçimlər ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı müsahibə mərhələsi başa çatan fənlər üzrə boş qalan və imtina olunan yerlərə aparılacaq. Seçim etmək imkanı avqustun 18-də saat 18.00-da başa çatır və yerləşdirmə aparılır. Yerləşdirmənin nəticələri dərhal bu mərhələdə iştirak edənlərin "Şəxsi səhifə"lərinə göndərilir.
İşə qəbul olunanlar, imtahan nəticələri ləğv edilənlər və müəyyənləşdirilmiş keçid balını toplamayanlar bu mərhələdə iştirak edə bilməzlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB