Bu gündən etibarən rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanına internetlə yazılış başlanılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi xəbərə görə, ali tibbi təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul olmaq istəyənlər üçün 2 sınaq imtahanı keçiriləcək. Onun sözlərinə görə, avqustun 25 və 26-da keçiriləcək imtahanlara yazılış yalnız internet vasitəsilə aparılır. İmtahana yazılmaq üçün şəxsiyyət (qeydiyyat, icazə) vəsiqəsi və 2012-ci ilin 2 ədəd ödəmə kartı tələb olunur. Sınaq imtahanlarının keçirilməsi üçün Azərbaycan Tibb Universitetində Azərbaycan bölməsi üzrə 907 yer, rus bölməsi üzrə isə 42 yer ayrılıb.
Sınaq imtahanlarına yazılış həftənin cümə axşamı günü səhər saat 10:00-da dayandırılır. Sınaq imtahanı zamanı I qrup əlil vətəndaşlar üçün zəruri şəraitin yaradılması məqsədilə həmin şəxslərdən əlillik haqqında arayışı və imtahana buraxılış vərəqəsinin surətini sınaq imtahanına yazıldıqdan sonra bir gün ərzində TQDK-ya təqdim etmək xahiş olunur.
Avqustun 25-də keçiriləcək imtahan rezidenturaya qəbul imtahanının birinci, avqustun 26-da keçiriləcək imtahan isə ikinci mərhələsi üzrə olacaq. Sınaq imtahanlarında əldə etdiyiniz nəticələr qəbul imtahanlarının nəticələri hesablanarkən nəzərə alınmır və heç bir hüquqi əhəmiyyətə malik deyil.
Qeyd edək ki, rezidenturaya qəbul test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə namizədin təhsil aldığı baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq baza fənləri, ikinci mərhələdə ixtisas sahəsi üzrə bilikləri yoxlanılır. Rezidernturaya qəbul imtahanlarının birinci mərhələsi sentyabrın 8-də, ikinci mərhələsi sentyabrın 9-da keçiriləcək. Rezidenturaya sənəd qəbulu avqustun 15-dək 24-dək aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB