Tələbə Qəbulu üzrə Dövlət Komissiyası gələn ildən növbəti yeniliyi həyata keçirəcək. SİA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, digər dünya ölkələrində appelyasiya şikayəti zamanı cavab kartlarına baxma prosedurlari məhkəmə vasitəsilə həyata keçirilir. Onun sözlərinə görə, gələn il imtahandan sonra bütün abituriyentlərin cavab kartları skaynerdən keçiriləcək və nəticələrlə birgə asılacaq.
"Artıq komissiyada bu avadanlıq var. Buraxılış imtahanlarını da təşkil etdiyimiz üçün cari il bunu həyata keçirə bilmədik. Ancaq gələn il bunu həyata keçirəcəyik. Ancaq artıq 2 ildir ki, rezidentura və magistraturaya qəbul imtahanından sonra bu proses həyata keçirilir. Belə ki. onların nəticələri ilə birgə cavab kartları internetdə asılır", - deyə M.Abbaszadə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB