İmtahanların vaxtı açıqlandı

Gələn həftədən başlayaraq rayon təhsil şöbələri ilə payız imtahanlarında iştirak edəcək şəxslərin məlumat bazası dəqiqləşdiriləcək. SİA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib ki, bu il 29 minə yaxın IX sinif şagirdinin həmin imtahanlarda iştirak edəcək. Onun sözlərinə görə, Azərbaycanda orta məktəblərin IX sinif şagirdləri üçün payız imtahanı sentyabrın 9-da keçiriləcək.

Komissiya sədri qeyd edib ki, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatır: "Bu günədək 13 829 abituriyent ixtisas təhsili müəssiələrinə qəbul imtahanında iştirak etmək üçün ərizəsini təsdiq etdirib. Cari il 9 illik təhsil bazasında 47 orta ixtisas təhsili müəssisəsində ayrılan plan yerlərinin sayı 10 404-dir. Onlardan 4 866 dövlət sifarişi üzrə, 5 538 yer isə ödənişli əsaslardır".

Bütün xəbərlər Facebook səhifəmizdə