2012-2013-cü tədris ili üçün tam orta təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə plan yerlərinin sayı açıqlanıb. SİA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib ki, bu il 11 illik təhsil bazasından 54 orta ixtisas təhsil müəssisəsinə 8 8727 plan yeri ayrılıb.
M.Abbaszadə həmçinin bildirib ki, onlardan 7174 Azərbaycan bölməsi, 5538 yer isə Rus bölməsinin abituriyentləri üçün, 1517 plan yerinə isə Azərbaycan və rus bölməsinin abituriyentləri üçün birgə müsabiqə keçiriləcək.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB