TQDK sədri ixtisas seçimi edən abituriyentləri diqqətli olmağa çağırıb. SİA-nın veridiy xəbərə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə mətbuat konfransında söyləyib.
"İxtisas seçən abituriyentlər ötən ilki balları, ailəsinin maliyyə vəziyyətini nəzərə almalıdır. Bakıda bəzi ali təhsil müəssisələrinin yataqxanaları mövcud deyil və bunu yaşadığı yerdən kənarda təhsil almaq istəyənlər əvvəlcədən nəzərə almalıdır", - deyə M. Abbaszadə qeyd edib.
O həmçinin bildirib ki, bu il bəzi ixtisaslara keçid balları aşağı salınsa da bu dövlət tərəfindən maliyyələşdirilən ixtisaslara aid deyil.
Onun sözlərinə görə, qəbulla bağlı nəticələr avqust ayının 17-si və18-si elan olunacaq.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB