54 orta ixtisas təhsili müəssisəsinə 8 8727 plan yeri ayrılıb

Azərbaycanda 2012/2013-cü tədris ili üçün tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə plan yerlərinin sayı açıqlanıb.

SİA-nın verdiyi məlumata görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib ki, bu il 11 illik təhsil bazasından 54 orta ixtisas təhsili müəssisəsinə 8 8727 plan yeri ayrılıb.

M.Abbaszadə bildirb ki, onlardan 7174 yer Azərbaycan bölməsi, 5538 yer isə rus bölməsinin abituriyentləri üçün nəzərdə tutulub. 1517 plan yerinə isə Azərbaycan və rus bölməsinin abituriyentləri üçün birgə müsabiqə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə