Bu il Azərbaycanda prezident stipendiyasını hər qrup üzrə maksimal bal toplayan 25 nəfər seçiləcək. SİA-nın veridiy xəbərə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə mətbuat konfransında bildirib.
M.Abbaszadənin sözlərinə görə, qruplarda ballar fərqli olduğundan ola bilsin ki, bir qrupda digərindən daha az bal toplayan tələbə prezident təqaüdü alsın. TQDK sədri onu da qeyd edib ki, qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan abituriyentlər avqustun 17-dən sonra TQDK-nın saytında və yaxud abituriyent jurnalında mövcud olan ərizəni dolduraraq özləri barədə məlumat göndərməlidirlər.
M.Abbaszadə ümumilikdə abituriyentlərin bu ilin nəticələri keçən illə müqaisədə aşağı olduğunu qeyd edib.
Onun sözlərinə görə, artıq bu il orta məktəblərdə keçirilən buraxılış imtahanlarının nəticələri bunu gözləməyə əsas verirdi: "I qrupda keçən il 220 bal toplayan uşaqların sayı bu il 200 bal toplayan uşaqların sayından çoxdur, bu da həmin qrup üzrə imtahan verənlərin bilik səviyyəsinin daha aşağı olmasını xəbər verir".
Gələn il cavab kartları imtahandan sonra TQDK-nın saytında yerləşdiriləcək. Artıq bizdə müvafiq avadanlıq var və imtahandan dərhal sonra abituriyentin cavab kartı skan olunaraq saytda yerləşdiriləcək.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB