Bu günədək 14 162 abituriyent ali məktəblərə qəbul olunmaq üçün ixtisas seçimi ərizəsini təsdiq edib. SİA-nın verdiyi xəbərə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.
TQDK sədri qeyd edib ki, onlardan 12 313 azərbaycan, 1849 isə rus bölməsinin məzunlarıdır. Ərizəsini təsdiq edən abituriyentlərin 4968 - I-ci, 3150-si II-ci, 4646-sı III-cü, 1398-i isə IV ixtisas qrupuna aiddir.
Məlumat üçün bildirək ki, avqust ayının 7-dən etibarən abituriyentlər qəbul olmaq istədikləri ixtisasların seçiminə başlayıblar və bu seçim avqustun 16-dək davam edəcək.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB