Artıq yeni dərs ilinin başlamasına çox az bir zaman qaldı. Təbii ki, hər il olduğu kimi bu ildə insanları düşündürən məsələlərdən biri vahid məktəbli geyimləridir. Ötən il məktəbli geyimlərinin vəziyyəti, satışı ilə bağlı yaranan vəziyyətin Bakı Tikiş Evi qarşısında günlərlə insan kütləsinin olmasının şahidi olduq. Bu il isə məktbəli geyimlərinin vəziyyəti və satışı ilə bağlı vəziyyətin necə olduğunu öyrənmək üçün Bakı Tikiş Evinə baş çəkdik. Avqust ayının omasına baxmayaraq məktəbli geyimi almaq istəyən kifayət qədər insan var idi. Kimi övladlarının ölçüsündə olan geyimi seçir, kimi geyimlərlə tanış olmaq üçün gəldiyini deyir, kimi də müəyyən narazılığını bildirirdi.
Səlim Əliyev adlı valideyn övladları üçün məktəbli geyimi almağa gəldiyini dedi. O, müəyyən problemlə qarşılaşdığını da söylədi. Belə ki, valideyn qız övladı üçün istədiyiyubkanı tapa bilməyib: "Deyirlər ki, onu əlavə tikdirmək lazımdır. Qız üçün yubkanı bir az uzun istəyirəm. Bunu da tapa bilmirəm. Amma yəqin ki, sonu yaxşı olar. Qiymətlər də bizim büdcəmizə uyğundur".
Bakı Tikiş Evinin nümayəndəsi Rövşən İbadov isə qeyd edib ki, məktəbli geyimlərinin qiyməti I-VI siniflərdə 40 manat, VII-XI sinirflərdə isə 53 manat dəyərindədir. Onun sözlərinə görə, bu geyimləri almaq üçün gələn insanların sayı günü-gündən artır: "Hər gün 200-dək insan geyim almaq üçün müraciət edirlər. Müraciət edənlərin sayı hər gün artır. Yəqin ki, insanların sayı daha da artacaq".
Bu arada qeyd edək ki, 2012/2013-cü tədris ilində Bakı məktəbləri bütövlüklə vahid məktəbli formasına keçəcəklər. Ötən tədris ilində şagirdlərin 90 faizi vahid məktəbli formasına keçmişdi və yalnız 11-ci siniflər məktəbi bitirdikləri üçün forma almağa məcbur deyildilər. Builki 11-ci siniflər isə ötən il aldıqları formanı geyə bilərlər. Bununla da məktəbli forması ilə məktəblilərin 100 faizi təmin olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB