Murtuz Ələsgərovun adı əbədiləşdiriləcək

Murtuz Ələsgərovun adı əbədiləşdiriləcək

Bakı Dövlət Universiteti Milli Məclisin keçmiş spikeri, tanınmış ictimai xadim Murtuz Ələsgərovun adının əbədiləşdirilməsi məqsədilə müvafiq qərar qəbul edib. SİA-nın xəbərinə görə, bu barədə BDU-nun rektoru Abel Məhərrəmov Murtuz Ələsgərovun vida mərasimində çıxışı zamanı deyib. O bildirib ki, bu məqsədlə Murtuz Ələsgərov adına təqaüd təsis olunacaq. Bundan əlavə, universitetdə alimin adına xüsusi auditoriya yaradılacaq. Alimin 85 illiyi münasibətilə universitetdə beynəlxalq konfransın təşkil olunacağını deyən A.Məhərrəmov qeyd edib ki, alimin doğum günləri ərəfəsində ənənəvi olaraq beynəlxalq elmi konfranslar keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə