İxtisasların adları dəyişildi

Azərbaycan hökuməti qərarı ilə bakalavriat səviyyəsinin bəzi ixtisaslarının adlarında dəyişiklik edilib. Nazirlər Kabinetindən SİA-ya verilən xəbərə görə, hökumətin qərarı ilə Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı"nın "Texniki və texnoloji ixtisaslar qrupu" bölməsində ixtisasların adlarında dəyişiklik edilib.

Belə ki, "Dəniz texnikası və texnologiyası mühəndisliyi" "Gəmiqayırma və gəmi təmiri mühəndisliyi" ilə, "Dəniz texnikası və avadanlıqlarının istismarı mühəndisliyi" "Gəmi energetik qurğularının istismarı mühəndisliyi" ilə, "Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi" isə "Dəniz naviqasiyası mühəndisliyi" ilə əvəz edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə