Bakalavrlara növbəti şans

Bu gündən Azərbaycan Respublikasının ali təhsil müəs­sisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul başlayır. SİA-nın xəbərinə görə, bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 7 avqust saat 9.00-dan 13 avqust saat 9.00-dək TQDK-nın internet saytının mü­­va­fiq səhifəsinə (tqdk.gov.az/erizemagistr) daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ərizəsi"ndə qeyd edib təsdiqləyirlər.

Ərizəni təsdiq etmək üçün bakalavrlar TQDK-nın yeni virtual ödəmə kartını almalı və ixtisaslaşma seçimini təsdiq etmək üçün həmin kartın şifrindən istifadə etməlidirlər. Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı "Magistr" jurnalının 6-cı sayında dərc olunub. Hər bir bakalavr bu siyahıdan imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq 20-dək ixtisaslaşma kodunu seçə bilər. Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsində göstərir. Se­çilmiş ixtisaslaşmaların ərizə for­ma­sında göstərilən ardı­cıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keç­diyi ixtisaslaşmaların bi­rin­cisinə yer­ləş­dirilir. Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüv­və­­də olan qanunvericilik­də və dövlətlərarası razılaş­malar­da digər hallar nəzərdə tutul­mayıbsa, dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.

MÜSABİQƏ ŞƏRTLƏRİ

Magistratura üzrə ixtisaslar qrupunun (ixtisasın) adı

İmtahanın birinci mərhələsinin nəticələrinə qoyulan minimal tələblər*

İmtahanın ikinci mərhələsinin nəticəsinə qoyulan minimal tələb**

Ümumi bala qoyulan minimal tələb

Fənlər üzrə minimal tələb

Mərhələ üzrə minimal tələb

Dövlət sifarişli yerlər üçün

Ödənişli yerlər üçün

Dövlət sifarişli yerlər üçün

Ödənişli yerlər üçün

Fənnin adı

Minimal bal

Təhsil ixtisaslarıqrupu

Texniki vətexnoloji ixtisaslar qrupu

Səhiyyə, rifah vəxidmət ixtisaslarıqrupu (Bədən tərbiyəsi və idman ixtisasından başqa)

Ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür)

15

40 bal

25 bal

20 bal

65 bal

60 bal

İnformatika

5

Xarici dil

5

Humanitar vəsosial ixtisaslar qrupu

Ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür)

15

50 bal

25 bal

20 bal

75 bal

70 bal

İnformatika

5

Xarici dil

5

Təbiət ixtisaslarıqrupu

İqtisadiyyat vəidarəetməixtisaslarıqrupu

MBA proqramı

Ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür)

15

45 bal

25 bal

20 bal

70 bal

65 bal

İnformatika

5

Xarici dil

5

Mədəniyyət vəincəsənət ixtisaslarıqrupu

Kənd təsərrufatıixtisaslarıqrupu

Bədən tərbiyəsi və idman ixtisası

Ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür)

10

30 bal

20 bal

15 bal

55 bal

50 bal

İnformatika

5

Xarici dil

5

Tədrisi ingilis dilində olan ixtisaslaşmaların dövlət sifarişi üzrə ayrılmış yerlərini seçmək üçün bakalavrın imtahanın birinci mərhələsində ingilis dilindən balı 20-dən, ödənişli yerlərini seçmək üçün isə 15-dən az olmamalıdır. 26 saylı proqramın ödənişli yerlərini seçmək üçün ixtisas üzrə bal 15-dən az olmamalıdır.

Qeyd edək ki, ali təhsil müəssisələrinin magistraturalarına qəbulun nəticələri ilə əlaqədar müraciətlərə TQDK-da yaradılmış apelyasiya komissiyası tərəfindən 2012-ci il avqustun 7-dən 9-dək baxılır.

Bütün xəbərlər Facebook səhifəmizdə