26-27 oktyabr tarixində "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi" mövzusunda Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrin Vyana Forumu baş tutacaq. SİA-nın xəbərinə görə, forum Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu, "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcması" İctimai Birliyi və ASAIF-in təşkilatçılığı ilə baş tutacaq.
Forum çərçivəsində Azərbaycan Respublikasının rəsmiləri və ekspertləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, danışıqlar prosesinin hüquqi, humanitar və digər aspektləri ətrafında müzakirələr aparacaq. Forumda iştirak etmək üçün hazırda Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələr, magistrlar və doktorantlar müraciət edə bilərlər. Forumda iştirak etmək istəyənlər müraciət formasını doldurub [email protected] elektron ünvanına göndərməlidirlər.
Qeyd edək ki, müraciətlərin son qəbul tarixi 10 Sentyabr 2012-ci ildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB