II qrup üzrə də keçid balı aşağı salındı

II qrup üzrə də keçid balı aşağı salındı

Respublikanın ali məktəblərinə II ixtisas qrupu üzrə ali məktəblərə keçirilən qəbul imtahanının nəticələri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) SİA-ya verilən xəbərə görə, nəticələr komissiyanın internet saytında yerləşdirilib. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

II qrup üzrə ixtisas seçimində ümumi balı 150-dən, ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Qeyd edək ki, ərizə təqdim edən 22 min 867 abituriyentdən 19-u imtahan zamanı qaydaları pozduğu üçün imtahandan xaric edilib. Ümumilikdə isə 550 abituriyent Azərbaycanda ali məktəblərə keçirilən II ixtisas qrupunun imtahanlarında gecikmə və digər səbəblərdən iştirak etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə