İş dəftərlərinə son!!! AÇIQLAMA

İş dəftərlərinə son!!! AÇIQLAMA

Bu il yeni tədris ilindən etibarən I və V siniflər üzrə tədris prosesində iş dəftərləri tətbiq olunmayacaq. Bu barədə SİA-ya açıqlamasında Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı məlumat verib. O bildirib ki, bu siniflər üzrə iş dəftərləri dərslik komplektinin tərkib hissəsi hesab olunmayacaq və ondan istifadə məcburi hesab edilmir. Nazirliyin şöbə müdiri müəllim və məktəblərə bir daha xatırladıb ki, I və V siniflərdə iş dəftərlərinin aldırılması vacib deyil: "Amma yenə də könüllü olaraq şagirdlər II, III və IV siniflərdə iş dəftərlərindən istifadə edə bilər. İş dəftərləri ilə bağlı problemlər bizləri hər zaman narahat edirdi. Bu bir yenilik olaraq kurrikulum əsasında hazırlanan dərslik komplektlərinin tərkib hissəsi idi. İş dəftərlərinin olması yaxşı addım idi. Amma reallıqlar bizə başqa şeyləri dedi. Aparılan monitorinqlər zamanı məlum oldu ki, Bakıda xüsusilə rayonlarda iş dəftərini hər kəs ala bilmirdi. Bizə çatan məlumat və şikayətlərə görə 1 sinif üzrə iş dəftərlərinin qiyməti təxmini 30-35 manat olurdu. Bir ailədə 2-3 şagird olduqda bu rəqəm 100 manatdan çox edir. Ona görə də düşündük ki, iş dəftərlərinin olmaması o qədər də problemə çevrilməz. İş dəftərində olan əsas tapşırıqları dərslik vəsaitinə gətirsək, bununla iş dəftərinə olan ehtiyacı aradan qaldırarıq. Bununla da həm şagird, həm valideynlər qazanır, məktəbdə bu problemlər yaşanmır. Təhsil Nazirliyi də bu narazılıqdan qurtarır".

Bütün xəbərlər Facebook səhifəmizdə