Nəticələr bu gün açıqlanacaq

Bu gün respublikanın ali məktəblərinə II ixtisas qrupu üzrə ali məktəblərə keçirilən qəbul imtahanının nəticələri açıqlanacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi xəbərə görə, nəticələr qısa müddətdə komissiyanın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

Qeyd eədk ki, ərizə təqdim edən 22 min 867 abituriyentdən 19-u imtahan zamanı qaydaları pozduğu üçün imtahandan xaric edilib. Ümumilikdə isə 550 abituriyent Azərbaycanda ali məktəblərə keçirilən II ixtisas qrupunun imtahanlarında gecikmə və digər səbəblərdən iştirak etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə