II ixtisas qrupunda maksimum nəticə göstərən - 700 bal toplayan abituriyentlərdən hələlik biri məlum olub. SİA-nın xəbərinə görə, həmin abituriyent Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunudur. Bakı Türk Liseyinin müdiri Kadir Bektaşoğlu bildirib ki, II ixtisas qrupu üzrə qəbul imtahanında düzgün cavablar elan olunduqdan sonra Bakı Türk Liseyinin məzunu Nərgiz Məzahirqızının 700 bal toplayaraq ölkə birincisi adı qazandığını dəqiqləşdiriblər.
Qeyd edək ki, II qrup üzrə qəbul imtahanından öncə keçirilən III qrupun imtahanlarında 1 abituriyent –Sabunçudakı 72 saylı məktəb-liseyin məzunu Xeyransa Əliyeva, IV qrupun imtahanında isə 2 abituriyent Bakı Türk Liseyinin məzunları Kamran Həmidov və Kamil Sərdarlı da 700 bal toplayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB