Xəbər verdiyimiz kimi, ötən gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) II ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanı keçirib. TQDK-dan SİA-ya verilən xəbərə görə, imtahan zamanı qaydaları pozan 19 abituriyent imtahandan xaric edilib.
Onun sözlərinə görə, ümumilikdə 550 abituriyent Azərbaycanda ali məktəblərə keçirilən II ixtisas qrupunun imtahanlarında gecikmə və digər səbəblərdən iştirak etməyib. Artıq bu gündən etibarən II ixtisas qrupuna imtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başlanacaq və nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB