Artıq bu gün ali məktəblərin II ixtisas qrupu üzrə keçirilən qəbul imtahanları başa çatıb. SİA-nın xəbərinə görə, Bakıda imtahanın keçirildiyi məntəqələrdə insanların sağlamlığına Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri nəzarət edib.
Stansiyanın operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova deyib ki, imtahan zamanı 6 nəfər təcili tibbi yardıma müraciət edib: "Onlardan üçü valideyn, biri abituriyent, biri isə valideynləri ilə gələn 11 yaşlı uşaq olub. Bununla yanaşı, Bakı Dövlət Universitetində keçirilən qəbul imtahanında ayağı burxulan nəzarətçi müəllim xəstəxanaya yerləşdirilib. Valideynləri ilə gələn 11 yaşlı uşaqda isə burun qanaması baş verib".
İmtahan ərəfəsində ən maraqlı hal isə 258 saylı orta məktəbdə qeydə alınıb. Beləki, imtahan başlamamışdan əvvəl abituriyentlərin birində suçiçəyi xəstəliyi aşkarlandığı üçün imtahandan xaric edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB