Məleykə Abbaszadə: "İmtahanlarda iştirak etmək məcburi deyil" AÇIQLAMA
Azərbaycanda rezidentura pilləsi üzrə sənəd qəbulunun tarixi açıqlanıb. SİA-nın veridiyi xəbərə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib ki, sənəd qəbulu avqustun 15-dən 24-dək aparılacaq: "Qəbul imtahanı iki mərhələdə keçiriləcək. Birinci mərhələ sentyabran 8-də, ikinci mərhələ isə sentyabrın 9-da olacaq. Rezidentura ilə bağlı bir sınaq imtahanı da keçiriləcək, lakin bu məcburi deyil. İstəməyənlər sınaq imtahanında iştirak etməyə bilərlər".
Qeyd edək ki, rezidentura ilə bağlı plan yerləri digər məlumatlar "Rezidentura" jurnalının 2-ci sayında dərc olunub.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB