İmtahan binaları mühafizəyə götürülüb

İmtahan binaları mühafizəyə götürülüb

Xəbər verdiyimiz kimi, sabah-avqustun 3-ü ali məktəblərə II ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək. İmtahanlara hazırlıq çərçivəsində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) və Daxili İşlər Nazirliyinin (DİN) işçi qrupları ilə birgə Xüsusi Dövlət Mühafizə Xidməti II ixtisas qrupu üzrə imtahan keçiriləcək binaları yoxlayıb.

TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə SİA-ya bildirib ki, artıq imtahan binalarının təhlükəsizliyi yoxlanılıb və mühafizəyə götürülüb. Onun sözlərinə görə, sabah imtahan Respublikanın 6 şəhərində - Bakıda 22, Naxçıvanda 2, Gəncədə 5, Sumqayıtda 4, Şəkidə 3, Lənkəranda 3 binada keçiriləcək. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat ərzində aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə