QDİƏT-in Parlament Assambleyası tələbələr arasında esse müsabiqəsi elan edir

QDİƏT-in Parlament Assambleyası tələbələr arasında esse müsabiqəsi elan edir

2013-cü ildə yaranmasının 20-ci ildönümü qeyd edən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası tələbələr arasında "Qara dəniz regionu 20 il ərzində" mövzusunda esse müsabiqəsi elan edir. SİA-nın xəbərinə görə, müsabiqənin şərtləri ilə QİƏTPA tərəfindən tərtib olunmuş elanda tanış olmaq olar.

Esselər 1 dekabr 2012-ci il tarixinə qədər Azərbaycan Respublikası üzrə müsabiqə komissiyasına təqdim olunmalıdır. Müsabiqə komissiyasına Azərbaycan Parlamentinin üzvü, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının vitse-prezidenti, AMEA-nın müxbir üzvü, professor Asəf Hacıyev sədrlik edəcək.

Müsabiqənin Azərbaycan üzrə qalibi 2013-cü ildə keçiriləcək Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Yubiley mərasimlərində iştirak etmək hüququ qazanacaq. Bununla yanaşı qaliblərin esseləri QİƏTPA-nın 20 illiyinə həsr olunmuş xüsusi kitabda və "Letters from the Black Sea" (BSUN) Beynəlxalq jurnalda çap olunacaq.

Tələbələr tərəfindən yazılmış esselər iki nüsxədə (elektron variantı ilə birlikdə) 1 dekabr 2012-ci il tarixə qədər aşağıdakı ünvana təqdim olunmalıdır:

Bakı Dövlət Universiteti, Z.Xəlilov küç.,23, Əsas bina, Tədrisin təşkili və təlim texnologiyalı üzrə prorektorluq.

Bütün xəbərlər Facebook səhifəmizdə