Şəkərli diabet xəstələri və risk qrupuna aid əhali üçün pulsuz təlimlər keçirilir
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Diabet Cəmiyyətinin birgə "Diabet Məktəblərinin təşkili" layihəsi çərçivəsində şəkərli diabet xəstələri və risk qrupuna aid əhali üçün pulsuz təlimlər keçirilir. SİA-nın xəbərinə görə, təlimlər İSİM-də fəaliyyət göstərən DİABET MƏKTƏB-ində 2012-ci il 30 iyul - 3 avqust tarixində baş tutacaq. Həkim-endokrinoloq tərəfindən aparılan təlimlər zamanı iştirakçılara şəkərli diabetlə bağlı biliklər aşılanır, maarifləndirici materiallar paylanır.
Arzu edənlər aşağıdakı ünvana müraciət edə bilərlər! Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi Bakı ş., H.Zərdabi küç., 96 (20 Yanvar Metrosu, keçmiş Ailə və Sağlamlıq Mərkəzinin binası) Əlaqə tel.: (012) 430-1028 (012) 431-6261 (012) 496-9235
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB