Bu il ötən ilə nisbətən orta ixtisas təhsili müəssisələrinə plan yerlərinin sayı 762 yer artıqdır

Bu il ötən ilə nisbətən orta ixtisas təhsili müəssisələrinə plan yerlərinin sayı 762 yer artıqdır

Azərbaycanda ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının keçirilmə tarixi açıqlanıb. SİA-nın məlumatına görə, bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib ki, 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının sentyabrın 1-2-də keçirilməsi gözlənilir.


TQDK sədri deyib ki, orta ixtisas təhsili müəssisələrinə müsabiqə vəziyyəti ildən-ilə artır. Bu il ötən ilə nisbətən 9 illik baza üzrə orta ixtisas təhsili müəssisələrinə plan yerlərinin sayı 762 yer artıqdır. İmtahan keçiriləcək regionların sayı və hansı regionlarda imtahan keçiriləcəyi 9 illik baza üzrə orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatdıqdan sonra müəyyən ediləcək: "Çalışacağıq ki, imtahanlar daha çox regionlarda keçirilsin. Hətta iri kəndlərdə də imtahan keçirməyi planlaşdırırıq. 9 illik bazada texnikumlara imtahan verənlər daha çox yeniyetmə uşaqlardır. Ona görə də həmin uşaqlar və onların valideynlərinin imtahanlara daha asan getməyini istəyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə