Orta ixtisas təhsil müəssisələlərinə qəbul avqustun 1-dən başlayır
Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abuturiyentlər avqustun 1-dən 24-dək internet vasitəsi ilə elektron ərizələrini doldura bilərlər. SİA-nın məlumatına görə, bunu keçirdiyi ənənəvi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.
Tələb olunan sənədləri təhsil aldıqları tədris müəssəsinin yerləşdiyi rayonda fəaliyyət göstərən sənəd qəbulu komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq edirlər. SQK-lar hər gün (şənbə və bazar günü istisna olmaqla) saat 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək.
Abuturiyentlərin ərizələrinin qəbulu internet vasitəsi ilə aşağıdakı kimi aparılır:
Abuturiyentlər TQDK-nın internet saytının müvafiq səhifəsində (www.tqdk.gov.az/erizeumumiorta2012) soyadını,adını, atasının adını, çəxsiyyət vəsiqəsinin seriya nömrəsi və şifrdən istifadə etməklə Abuturiyent elektron ərizəsi formasına daxil olur və onu doldurur.
Bundan sonra abuturiyentlər tələb olunan sənədləri təyin olunan SQK-lara təqdim etməklə ərizələrini təsdiq etdirirlər. Hər bir abuturiyent eyni zamanda müxtəlif təhsil müəssələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçə bilər.
Qeyd edək ki, cari tedris ilində ümumi orta təhsil bazasında (9 illik) 47 orta ixtisas təhsili müəssəsinə qəbulu aparılacaq. Ayrılan plan yerlərinin sayı 10404-dür. Onlardan 4866 dövlət sifarişi üzrə, 5538 yer isə ödənişli əsaslarladır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB