Bu gün Azərbaycan Neft Şirkətinin baş ofisində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov media nümayəndələri üçün təhsil müəssisəsinin yaranması və fəaliyyətinin təşkili ilə bağlı mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, E.Qasımov çıxışında bildirib ki, bu ilin sentyabr ayında "Neft-qaz mühəndisliyi" və "Kimya mühəndisliyi" ixtisasları üzrə 100 tələbənin tədrisə qoşulacağı nəzərdə tutulub.
O, ARDNŞ-ın fəaliyyətinin ölkənin hüdudlarından kənarda genişləndiyi, onun artıq transmilli şirkətə çevrildiyi səbəbindən müasir biliklərə yiyələnən və ingilis dilində təhsil alan mühəndis kadrlara böyük ehtiyac yarandığını və buna görə də tədris prosesinin inkişaf edən ölkələrdə tədbiq edilən proqramlar və texnologiyalar əsasında həyata keçirilməsinin bir vəzifə kimi Bakı Ali Neft Məktəbinin qarşısına qoyulduğunu xüsusi vurğulayıb.
O, həmçinin bu vəzifənin yerinə yetirilməsini təmin etmək üçün Böyük Britaniyanın "Heriot- Vatt" universiteti ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu və təhsil ocağının tədris proqramlarının tədbiqinə başlanıldığını və məhz bu səbəbdən məzunlara iki diplom veriləcəyini qeyd edib.
Ali Neft Məktəbi üçün ayrılan binada hazırda təmir işlərinin getdiyini deyən rektor vurğulayıb ki, tədrisin təşkili üçün zəruri infrastrukturun yaradılması, idarəetmə və professor-müəllim heyətinin formalaşdırılması istiqamətində ciddi hazırlıq işləri gedir.
Rektor həmçinin son 4 ay ərzində Bakı Ali Neft Məktəbinə tələbə qəbulu ilə bağlı məktəblərdə, litseylərdə XI sinif şagirdləri ilə görüşlərin keçirildiyini, "Abituriyent" jurnalının 1-3-cü saylarındatanıtım xarakterli aksiyaların keçirildiyini və qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərin ali məktəbin tələbələrinin sırasına qoşulacağına ümidvar olduğunu bildirib.
Ali məktəbdə digər təhsil ocaqlarından fərqli olaraq pulsuz təhsil sistemi mövcud olacaq, - deyən Elmar Qasımov: "Təhsilimiz 5 illik olacaq. Onun ilk ili sırf xarici dil tədrisi, qalan 4 ili isə ixtisas fənlərindən olacaq. Təhsil vermək üçün xarici mütəxəsislər dəvət olunub. Bununla yanaşı, yaxşı oxuyan tələbələr isə 100 manat təqaüd veriləcək", - deyə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB