Ryazan Ədliyyə Akademiyasında təhsil alan azərbaycanlı gənclərin buraxılışı olub
Rusiya Federasiyasının Ryazan vilayətində fəaliyyət göstərən "Bulaq" Azərbaycan Mədəniyyət Mərkəzinin sədri cənab Elşən Əliyevin təşəbbüsüylə 2005-ci ildən etibarən cəmiyyətlə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin birgə əməkdaşlığı nəticəsində 200-ə qədər azərbaycanlı gənc Ryazan Ədliyyə Akademiyasında təhsil almaq imkanı qazanıb. SİA-nın xəbərinə görə, bu il Ədliyyə Akademiyasının məzunlarının buraxılış mərasimi keçirilib.
Mərasimdə vilayətin qubernatoru Oleq Kovalyov, akademiyanın rəisi polkovnik Aleksandr Krımov, Ədliyyə Nazirliyinin penetensiar xidməti baş idarəsinin rəisi Musa Hümbətov, "Azərbaycan"cəmiyyətinin sədri Elşən Əliyev və digər rəsmi şəxslər akademiyanın məzunlarına diplomlar təqdim ediblər. 300-dən çox bu ilki məzunun içərisində 19 nəfər azərbaycanlı da bu akademiyanın məzunu olub, onlardan 4-ü akademiyanı qırmızı diplomla bitirib vətənə xidmət etmək üçün ölkəmizə qayıdıb.
Bu il də bir neçə azərbaycanlı gəncin akademiyaya qəbul olunması üçün müraciət edilib. Azərbaycan gənclərinin xaricdə təhsil alması Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin milli siyasi kursunun məntiqi davamıdır. Yüzlərlə azərbaycanlı gənci bu proqram çərçivəsində müxtəlif xarici ölkələrin aparıcı ölkələrində dövlət hesabına təhsil alıblar. Ryazan Ədliyyə Akademiyasında tələbələr Ədliyə Nazirliyinin göndərişi və dövlətin dəstəyi ilə uğurla təhsil alır,hüquqi biliklərə yiyələnirlər. Bu isə gələcəkdə ədliyyə sistemində xidmət edə biləcək potensial mütəxəssislərin, kadrların yetişməsi deməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB