200-ə qədər azərbaycanlı gənc Ryazan Ədliyyə Akademiyasında təhsil alıb

200-ə qədər azərbaycanlı gənc Ryazan Ədliyyə Akademiyasında təhsil alıb

Rusiya Federasiyasının Ryazan vilayətində fəaliyyət göstərən "Bulaq" Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Elşən Əliyevin təşəbbüsü ilə 2005-ci ildən etibarən cəmiyyətlə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin birgə əməkdaşlığı nəticəsində 200-ə qədər azərbaycanlı gənc Ryazan Ədliyyə Akademiyasında təhsil almaq imkanı qazanıb. SİA-nın məlumatına görə, bu il Ədliyyə Akademiyasının məzunlarının buraxılış mərasimi keçirilmişdir. Mərasimdə vilayətin qubernatoru Oleq Kovalyov, akademiyanın rəisi polkovnik Aleksandr Krımov, Ədliyyə Nazirliyinin penitensiar xidməti baş idarəsinin rəisi Musa Hümbətov, "Azərbaycan" cəmiyyətinin sədri Elşən Əliyev və digər rəsmi şəxslər akademiyanın məzunlarına diplomlar təqdim edib. 300-dən çox bu ilki məzunun içərisində 19 nəfər azərbaycanlı da bu akademiyanın məzunu olmuş, onlardan 4-ü akademiyanı qırmızı diplomla bitirib vətənə xidmət etmək üçün ölkəmizə qayıdıb.

Məlumat üçün bildirək ki, Elşən Əliyev, "Bu il də bir neçə azərbaycanlı gəncin akademiyaya qəbul olunması üçün müraciət edilib. Azərbaycan gənclərinin xaricdə təhsil alması Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin milli siyasi kursunun məntiqi davamıdır. Yüzlərlə azərbaycanlı gənci bu proqram çərçivəsində müxtəlif xarici ölkələrin aparıcı ölkələrində dövlət hesabına təhsil alıb. Ryazan Ədliyyə Akademiyasında tələbələr Ədliyə Nazirliyinin göndərişi və dövlətin dəstəyi ilə uğurla təhsil alır, hüquqi biliklərə yiyələnir. Bu isə gələcəkdə ədliyyə sistemində xidmət edə biləcək potensial mütəxəssislərin, kadrların yetişməsi deməkdir. Elşən Əliyev "gənclərimizə uğur arzulayır və onlara hər zaman dəstək olmağa hazırıq" - deyə qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə