Məleykə Abbaszadə: “Abituriyentlər ixtisaslarını özləri seçə bilərlər”
\"Mən valideynlərdən xahiş edirəm, TQDK-nın məlumatları əsasında qərar versinlər\". SİA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. TQDK sədri ali məktəblərə qəbul imtahanlarında iştirak edərək müsabiqə şərtlərini ödədiyi üçün ixtisas seçiminə buraxılan abituriyentlərin valideynlərinə müraciət edərək əlavə edib: "Bəzi valideynlər övladlarının ali məktəbə ixtisas seçiminin aparılması üçün müxtəlif işgüzar insanlardan kömək istəsələr də abituriyentlər özləri bu işi bacara bilərlər. Mən valideynlərə müraciət edirəm ki, TQDK-nın məlumatları əsasında qərar versinlər. Bəllidir ki, heç kimin imtahanda topladığı balda dəyişiklik baş verməyəcək. Ona görə valideynlər bu ballar əsasında övladlarının ixtisas seçiminin aparılmasına yardım göstərsinlər. Bu yaxınlarda Türkiyənin 20 universitetinə imtahansız və ödənişsiz əsaslarla azərbaycanlı abituriyentlərin qəbulunun mümkünlüyü ilə bağlı reklamla rastlaşdım. Məlum oldu ki, bu yalnız 700 bal toplayanlara aiddir. 700-dən aşağı bal toplayanlar isə həmin universitetlərdə ödənişli əsaslarla təhsil almalıdır. Buna əsasən də valideynlər bu məsələdə çox diqqətli olmalıdır".
Mənzər Ərçəqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB