I ixtisas qrupu üzrə imtahan keçiriləcək binaların təhlükəsizliyi yoxlanılır

I ixtisas qrupu üzrə imtahan keçiriləcək binaların təhlükəsizliyi yoxlanılır

Xüsusi Dövlət Mühafizə Xidməti Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) və Daxili İşlər Nazirliyinin (DİN) işçi qrupları ilə birgə sabah ali məktəblərə I ixtisas qrupu üzrə imtahan keçiriləcək binalara baxış keçirir.


Bu barədə mətbuata TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, imtahan binalarının təhlükəsizliyi yoxlanılır və mühafizəyə götürülür.


I ixtisas qrupunun imtahanları respublikanın 6 şəhərində - Bakıda 37, Naxçıvanda 2, Gəncədə 6, Sumqayıtda 7, Şəkidə 3, Lənkəranda 4 binada keçiriləcək.


Bakıda 21080, Naxçıvanda 1324, Gəncədə 3400, Sumqayıtda 4368, Şəkidə 1653, Lənkəranda isə 1708 abituriyent imtahan verəcək.


İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat ərzində aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə