ADU-nun rektoru Koreyanın Azərbaycandakı səfiri ilə görüşüb

ADU-nun rektoru Koreyanın Azərbaycandakı səfiri ilə görüşüb

Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Ci Hanın diplomatik missiyasının sona yetməsi ilə əlaqədar qəbul etdi. SİA-nın xəbərinə görə, səfiri universitetdə görməkdən məmnunluğunu dilə gətirən Səməd Seyidov iki ölkə arasındakı münasibətlərin dinamik inkişaf etdiyini vurğuladı. O, Azərbaycan - Koreya münasibətlərinin inkişafında səfirin rolunu yüksək qiymətləndirdi və onu əvəzləyəcək səfirin də bu münasibətlərin qorunub saxlanması və inkişaf etdirilməsinə xidmət edəcəyinə əmin olduğunu dedi. Koreya universitetləri ilə Azərbaycan Dillər Universitetinin çox səmərəli əməkdaşlıq etdiyini bildirən rektor Səməd Seyidov ən güclü və davamlı əməkdaşlığın təhsil və mədəniyyət sahəsində əlaqələrin yaradılmasında olduğunu bildirdi. Rektor S.Seyidov universitetdə Koreya dili kafedrasının fəaliyyət göstərdiyini, Tərcümə fakültəsində bu dilin tədris olunduğunu bildirdi. Bu məqsədlə Koreyadan mütəxəssis müəllimlərin universitetə dəvət olunduqlarını da sözlərinə əlavə etdi. Bu istiqamətdə Koreyanın bir sıra mədəniyyət mərkəzləri, institutları ilə əməkdaşlıqda, birgə əlaqələrin yaradılmasında maraqlı olduğunu bildirdi.

Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Ci Ha hər iki ölkə arasında yaradılan diplomatik əlaqələrin dinamik inkişaf etdiyini bildirdi. Səfir Li Ci Ha ADU və Koreya universitetləri ilə əlaqələrdən danışaraq universitetlərarası əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğuladı. Bu əlaqələrin davam və inkişaf etdirilməsinə inamını ifadə etdi. O, öz xələfinin də bu istiqamətdə fəaliyyət göstərəcəyinə ümid etdiyini söylədi.

Görüşün sonunda səfir Li Ci Ha ADU-ya xatirə hədiyyəsi təqdim etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə